Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari öldürülüb.
Trend-in xəbərinə görə, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata əsasən, general Həma vilayətində gedən döyüşlər zamanı həlak olub.
İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Ramezan Şərif faktı təsdiqləyib.