...

İndoneziya sahilləri növbəti dəfə silkələndi

Dünya xəbərləri Materials 3 Noyabr 2015 00:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

İndoneziya sahillərində Rixter şkalası üzrə 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Saumlaki şəhərindən 211 km şimal-şərqdə, ocağı isə 107 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti