...

Hulusi Akar: Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram

Dünya xəbərləri Materials 25 Dekabr 2015 16:31 (UTC +04:00)
Hulusi Akar: Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram.
Hulusi Akar: Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram

Bakı. Trend:

Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 101 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Akar tədbirdə bildirib: "Sarıqamış hərəkatından sonra Nargin adasında məcburi saxlanılan türk əsgərlərinə qarşı göstərdikləri qardaş münasibəti və yardımı yad edirik. Hələ o zaman bu bizim bir millət iki dövlət olmağımızı təsdiq edən amillərdən biri olub".

Qeyd edək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 101 illiyi qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti