Bakı. Trend:
Kanada İrana qarşı sanksiyaları 2016-cı ilin yay aylarında ləğv edə bilər.
Trend-in "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, məsələ artıq Kanada höküməti tərəfindən müzakirə olunur.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.