...

Pikassonun Nyu-Yorkda oğurlanmış rəsmini Türkiyə polisi aşkarlayıb

Dünya xəbərləri Materials 31 Yanvar 2016 00:56 (UTC +04:00)
Türkiyə polisi tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Nyu-Yorkda kolleksiyaçıdan oğurlanan ispan rəssamı Pablo Pikassonun “Saçlarını darayan lüt qadın” əsəri aşkarlanıb.
Pikassonun Nyu-Yorkda oğurlanmış rəsmini Türkiyə polisi aşkarlayıb

Bakı. Trend:

Türkiyə polisi tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Nyu-Yorkda kolleksiyaçıdan oğurlanan ispan rəssamı Pablo Pikassonun "Saçlarını darayan lüt qadın" əsəri aşkarlanıb.

Trend-in AFP agentliyinə istinadən verdiyi xəbərə əsasən, polis cinayətkarlara potensial alıcılar kimi təqdim olunublar və onlarla iki görüş keçiriblər.

Satıcılar əvvəlcə rəsmi 8 milyon dollara, sonra isə 7 milyon dollara satmağa razı olublar. Təyin olunmuş üçüncü görüşdə cinayətkarlar həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti