...

Suriyadan təhdid olsa, Türkiyə hərbi gücdən istifadə edəcək

Dünya xəbərləri Materials 26 Fevral 2016 17:08 (UTC +04:00)
Türkiyə Suriyada atəşkəs zamanı milli təhlükəsizliyinə təhdid olarsa, "hərbi gücdən istifadə qaydalarına uyğun hərəkət edəcək".
Suriyadan təhdid olsa, Türkiyə hərbi gücdən istifadə edəcək

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə Suriyada atəşkəs zamanı milli təhlükəsizliyinə təhdid olarsa, "hərbi gücdən istifadə qaydalarına uyğun hərəkət edəcək". Trend-in TRT-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın bu gün mətbuat konfransında bəyan edib.

O bildirib ki, silahlı qüvvələrdən İŞİD və PKK-nın Suriya qanadı olan PYD və YPG-nin döyüşçüləri tərəfindən hər hahsı təhdid olan zaman istifadə edilə bilər.

İ.Kalın qeyd edib ki, Türkiyə Suriyada yerüstü hərbi əməliyyat aparmaq üçün heç bir hazırlıq görmür: "Biz dəfələrlə bildirmişik ki, yalnız beynəlxalq koalisiya qüvvələri çərçivəsində hərəkət edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti