...

Türkiyədə terror təşkilatın daha 10 üzvü saxlanılıb

Dünya xəbərləri Materials 12 Mart 2016 10:58 (UTC +04:00)
Türkiyənin qərbində - İzmirdə “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatını 10 üzvü saxlanılıb.
Türkiyədə terror təşkilatın daha 10 üzvü saxlanılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin qərbində - İzmirdə "İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi" (DHKP-C) terror təşkilatını 10 üzvü saxlanılıb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Saxlanılan şəxslərin İstanbulun bir sıra rayonlarında terror hadisələri planlaşdırdığı məlum olub.

Martın 9-da isə həmin terror təşkilatın İstanbulda terror hadisəsi təşkil etməyi planlaşdıran 9 üzvü saxlanılmışdı.

Bundan öncə fevralın 16-da Türkiyənin cənub-şərqində Şanlıurfa əyalətində həmin təşkilatın intiharçı-terrorçu üzvü Dilək Kaya saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti