Bakı. Elçin Hüseynov - Trend:
Rusiya Hərbi Dəniz Donanmasının (HDD) baş komandanı admiral Viktor Çirkov istefa ərizəsini təqdim edib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat və informasiya idarəsi təsdiqləyib.
V.Çirkovun səhhəti ilə əlaqədar istefa verdiyi deyilir. HDD-nin baş komandanı səlahiyyətlərini müvəqqəti olaraq RF Şimal Donanmasının komandanı Vladimir Korolyov icra edir.
Bundan əvvəl yayılan məlumata görə, V.Çirkov səhhəti ilə bağlı istefa ərizəsini fevral ayında təqdim edib.