...

İŞİD Türkiyədə İsrail və Rusiya vətəndaşlarına qarşı terror planlaşdırır

Dünya xəbərləri Materials 26 Mart 2016 13:21 (UTC +04:00)
"İslam dövləti" terror təşkilatı Türkiyədə İsrail və Rusiya vətəndaşlarna qarşı terror aktları planlaşdırır.
İŞİD Türkiyədə İsrail və Rusiya vətəndaşlarına qarşı terror planlaşdırır

Bakı. Rufiz Hafizoğlu - Trend:

"İslam dövləti" terror təşkilatı Türkiyədə İsrail və Rusiya vətəndaşlarna qarşı terror aktları planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Habertürk" qəzeti ölkənin kəşfiyyatına istinadən yazıb.

Kəşfiyyatdan alınan məlumata görə, həmçinin, Türkiyə vətəndaşları olan yəhudilərə qarşı da terror aktları hazırlanır.

Bu planlar Türkiyənin Qaziantep vilayətində həmin terror təşkilatının üzvləri saxlanıldıqdan sonra məlum olub.

Xatırladaq ki, martın 22-də Qaziantep vilayətində əməliyyat nəticəsində "İslam dövləti" terror təşkilatının 10 üzvü saxlanılıb. Həmin şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Partlayışın səbəbi minalanmış avtomobil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti