Bakı. Trend:
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602-yə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Daha öncə 587 nəfərin öldüyü bildirilirdi.
Qeyd olunur ki, hadisə nəticəsində təxminən 12 500 nəfər xəsarət alıb, 7000-ə yaxın ev dağılıb, 26 mindən çox adam müvəqqəti tikililərdə yaşayır.
Aprelin 16-ı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.