...

İstanbulda atışma yenidən başlayıb

Dünya xəbərləri Materials 16 İyul 2016 07:55 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda hərbi çevriliş tərəfdarı olan hərbçilərlə polis arasında atışma yenidən başlayıb.

Trend-in Hurriyet qəzetinə istinadən verdiyi xəbərə görə, hazırda İstanbulda atışma davam edir.

Məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub və iki vətəndaş yaralanıb.

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti