...

Yerevanda ələ keçirilmiş polis bölməsinin yaxınlığındakı insanlar təxliyə olunur

Dünya xəbərləri Materials 17 İyul 2016 12:53 (UTC +04:00)
Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis bölməsinin yaxınlığında yaşayan insanlar təxliyə olunur
Yerevanda ələ keçirilmiş polis bölməsinin yaxınlığındakı insanlar təxliyə olunur

Bakı. Trend:

Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis bölməsinin yaxınlığında yaşayan insanlar təxliyə olunur.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bölmə istiqamətində olan bütün ətraf ərazilər mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatda deyilir: “Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bundan əvvəl bildirilirdi ki, silahlı qrup radikal müxalif “Yeni Ermənistan” İctimai xilac cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Jurnalistlər mühasirəyə alınmış əraziyə girişinə icazə verilmir. Polis heç bir şərh vermir, rəsmi bəyanatı gözləməyə çağırır.

Hər iki tərəfdən yaralıların olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti