...

Ermənistan Baş nazirinin istefası gözlənilir

Dünya xəbərləri Materials 7 Sentyabr 2016 22:28 (UTC +04:00)
Ermənistanın Baş naziri Ovik Abramyanın istefası gözlənilir
Ermənistan Baş nazirinin istefası gözlənilir

Bakı. Trend:

Ermənistanın Baş naziri Ovik Abramyanın istefası gözlənilir.

Trend-in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, O.Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.

Agentliyin sözçüsü bildirib ki, O.Abramyanın istefasının rəsmən sabah təsdiqlənəcəyi gözlənilir. Onun yerinə Karen Karapetyan təyin olunacaq.

Mənbənin sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da istefa verəcək: "Çox guman ki, bu vəzifəyə Ermənistan Prezident Aparatının rəhbəri Vigen Sarkisyan təyin olunacaq".

O.Abramyanın isə 2017-ci il parlament seçkilərində Ermənistanın Respublika Partiyasının seçkiqabağı qərargahına rəhbərlik edəcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti