Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) "Fərat qalxanı" əməliyyatının üçüncü mərhələsinə hazırlaşır.
Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyata hazırlıq çərçivəsində ASO-nun 7 min üzvü İŞİD-in dayaq mərkəzlərindən biri olan Əl-Bab şəhərinin yaxınlığına cəmləşib.