Bakı. Orxan Quluzadə - Trend:
Suriya hökumətinin malik olduğu ballistik raketlər Türkiyənin təhlükəsizliyinə təhdid törədir.
Trend-in "Star" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə deyib.
Onun sözlərinə görə, ballistik təhdiddən qorunmaq üçün Türkiyə raketdən müdafiə sistemlərini möhkəmləndirməlidir.