...

Rusiyanın hansı şəhərində İİV epidemiyası elan olundu?

Dünya xəbərləri Materials 3 Noyabr 2016 07:56 (UTC +04:00)
Şəhər əhalisini 1,8 faizi bu virusa yoluxub
Rusiyanın hansı şəhərində İİV epidemiyası elan olundu?

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində rəsmən immun çatışmazlığı virusu (İİV) epidemiyası elan olunub. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Yekaterinburq şəhər administrasiyası 27 min İİV faktının qeydə alındığını bildirib. Bu, şəhər əhalisinin 1,8 faizinə bərabərdir.

Virusa yoluxanların 52 faizi narkotik vasitələrlə, 46 faizi cinsi əlaqə yolu ilə bu xəstəliyə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti