...

Twitter-in yaradıcısının səhifəsi bağlanıb

Dünya xəbərləri Materials 23 Noyabr 2016 12:01 (UTC +04:00)
"Twitter"in yaradıcısı və baş direktoru Cek Dorsinin bu sosial şəbəkədəki səhifəsi bağlanıb.
Twitter-in yaradıcısının səhifəsi bağlanıb

Bakı. Trend:

"Twitter"in yaradıcısı və baş direktoru Cek Dorsinin bu sosial şəbəkədəki səhifəsi müvəqqəti bağlanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səhifə naməlum səbəblərdən bağlanıb. Qısa müddətdən sonra səhifə açılsa da, C.Dorsinin cəmi 200 oxucusunun qaldığı məlum olub.

Səhifə açıldıqdan sonra C.Dorsi bu hadisənin “daxili səhv” nəticəsində baş verdiyini yazıb. Hazırda səhifənin əvvəlki oxucu sayı bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti