Bakı. Trend:
Avstraliyanın Sidney şəhərində güclü partlayış baş verib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb. Onlardan biri uşaq olmaqla 5-i yanıq xəsarətı alıb.
Partlayışın ictimai iaşə obyektlərindən birinin sahəsində qeydə alındığı bildirilir.
Hadisənin səbəbi kimi ilkin olaraq qaz sızması göstərilir.
Araşdırma aparılır.