...

Abe: Putinin səfəri Yaponiya-Rusiya münasibətlərinin yüksəlişinə səbəb oldu

Dünya xəbərləri Materials 18 Dekabr 2016 19:20 (UTC +04:00)
Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya baş tutmuş səfərini yüksək qiymətləndirib
Abe: Putinin səfəri Yaponiya-Rusiya münasibətlərinin yüksəlişinə səbəb oldu

Bakı. Trend:

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya baş tutmuş səfərini yüksək qiymətləndirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, xüsusən, o qeyd edib ki, rusiya lideri ilə danışıqlar sülh bağlanması məsələsində mühüm addım oldu.

"Mən Vladimir Putinin Yaponiyaya səfərini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu Rusiya və Yaponiya arasında sülh bağlanması yolunda çox vacib və böyük addım oldu. Mən belə düşünürəm ki, Putinin Yaponiyaya səfəri Yaponiya-Rusiya münasibətlərində böyük yüksəlişə səbəb oldu", - Abe deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti