...

Rusiyanın istintaq qrupu qətli araşdırmaq üçün artıq Türkiyədə

Dünya xəbərləri Materials 20 Dekabr 2016 15:06 (UTC +04:00)
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq xüsusi operativ-istintaq qrupu artıq Ankaradadır.
Rusiyanın istintaq qrupu qətli araşdırmaq üçün artıq Türkiyədə

Bakı. Trend:

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq xüsusi operativ-istintaq qrupu artıq Ankaradadır. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bunu Rusiya səfirliyinin mətbuat attaşesi İrina Kasimova deyib.

Ötən gün RF və Türkiyə liderləri qətlin araşdırılması üçün Ankaraya Rusiya istintaq qrupunun göndərilməsi ilə bağlı razılıq əldə ediblər. Vladimir Putin qeyd edib: "Biz qatili kimin göndərdiyini bilməliyik".

A.Karlovun öldürülməsindən sonra V.Putin Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirməyi tapşırıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Xəbər lenti

Xəbər lenti