...

"Reina terroru" İŞİD-in əmri ilə həyata keçirilib

Dünya xəbərləri Materials 18 Yanvar 2017 15:01 (UTC +04:00)
Yeni il gecəsi İstanbulda baş vermiş hücum İŞİD terror təşkilatının əmri ilə həyata keçirilib.
"Reina terroru" İŞİD-in əmri ilə həyata keçirilib

Bakı. Trend:

Yeni il gecəsi İstanbulda gecə klubunda baş vermiş hücum İŞİD terror təşkilatının əmri ilə həyata keçirilib.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Əbdülqədir Maşaripov polisə ifadəsində deyib.

Terrorçu ifadəsində qeyd edib ki, onun ilkin hədəfi “Reina” gecə klubu olmayıb.

Mətbuatda yer alan ifadəyə görə, Ə.Maşaripova Taksim meydanında terror aktı həyata keçirmək tapşırığı verilib. Lakin bölgənin güclü mühafizə olunduğunu görən Ə.Maşaripov taksiyə minərək hücum üçün yeni hədəf axtarmağa başlayıb.

Nəhayət, “Reina” əyləncə klubunun mühafizəsinin güclü olmadığını görən terrorçu bir müddət sonra hücumu həyata keçirib.

Xatırladaq ki, İstanbulda yanvarın 1-ə keçən gecə baş verən hücum nəticəsində 39 nəfər həlak olmuş, 69 nəfər yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti