...

Maltada Avropa İttifaqı ölkələrinin liderlərinin sammiti keçiriləcək

Dünya xəbərləri Materials 3 Fevral 2017 02:47 (UTC +04:00)

Bakı. Trend:

Bu ilk dəfə keçirilən sammitdə dövlət və hökumət başçıları miqrasiya böhranı və İttifaqın Böyük Britaniyasız gələcəyini müzakirə edəcəklər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, sammit hal-hazırda Aİ Şurasına sədrlik edən Maltanın paytaxtı Valettada keçiriləcək.

Görüş, Aİ Şurasının sədri Donald Tusk tərəfindən hələ 2016-ci ilin sentyabrında Böyük Britaniyanın İttifaqı tərk etmək qərarı ilə bağlı çağırılıb və bu səbəbdən qeyri-rəsmi xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti