Bakı. Trend:
Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar Milli Təhlükəsizlik Şurasını çağırıb.
Trend-in məlumatına görə, bu barədə Sindzo Abe "NHK" telekanalının canlı efirində deyib.
"Biz Şimali Koreyaya qəti etirazımızı bildirdik", - Abe deyib.
Onun sözlərinə görə, Yaponiya höküməti ABŞ və Cənubi Koreya ilə birlikdə Şimali Koreyaya cavab verməyə hazırdı.