...

Ermənistan Baş Prokurorluğu: Seçki məntəqələrində rüşvət verilir (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Aprel 2017 18:08 (UTC +04:00)
Ermənistanın Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçkilərdə minə yaxın qanun pozuntusu barədə məlumat alıb
Ermənistan Baş Prokurorluğu: Seçki məntəqələrində rüşvət verilir (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistanın Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçkilərdə minə yaxın qanun pozuntusu barədə məlumat alıb.

Trend-in məlumatına görə, qanun pozuntuları əsasən başqa insanın yerinə səsvermə, müşahidəçilərin hüquqlarının pozulması, insanlara azad şəkildə səsvermə imkanın yaradılmaması il bağlıdır.

X X X

14:07

Ermənistan Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçki məntəqələrində qeydə alınan yeni qanun pozuntuları barədə məlumat alıb.

Bildirilir ki, 6 halda seçicilər başqa insanların yerinə səs veriblər, 3 halda səsvermənin məxfiliyi pozulub, daha 3 halda isə insanlar azad şəkildə səs verə bilməyiblər.

X X X

11:24

Ermənistan Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçki məntəqələrində qeydə alınan 57 pozuntu barədə məlumat alıb.

Trend-in "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, 46 halda seçki məntəqələrində rüşvət vermə faktı qeydə alınıb. Digər 11 pozuntu isə vətəndaşların sərbəst səkildə səs verə bilməmələri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti