...

Daşkənddə NATO-nun bürosu bağlandı

Dünya xəbərləri Materials 6 Aprel 2017 16:52 (UTC +04:00)
NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.
Daşkənddə NATO-nun bürosu bağlandı

Bakı. Trend:

NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.

Trend-in məlumatına görə, bu barədə büronun əməkdaşı RİA Novosti-yə bildirib.

Büronun bağlanmasına səbəb kimi alyansın bu regionda təmaslar üzrə strukturunda dəyişikliklər göstərilir.

Alyansın Daşkənddəki ofisinin bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul olunub. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı bürosunun rəhbəri Rozariya Pulizi bildirmişdi ki, ofisin bağlanması büdcəyə daxili baxılma ilə bağlıdır və siyasi xarakter daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti