...

Nyu-Yorkda hava limanının xidməti binasında qumbara tapılıb, insanlar təxliyə edilib

Dünya xəbərləri Materials 16 Aprel 2017 12:40 (UTC +04:00)
Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanının xidməti binasında qumbara aşkar olunması səbəbi ilə insanlar təxliyə edilib
Nyu-Yorkda hava limanının xidməti binasında qumbara tapılıb, insanlar təxliyə edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanının xidməti binasında qumbara aşkar olunması səbəbi ilə insanlar təxliyə edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün əməkdaşlar binadan çıxarıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, bu, təlim qumbarasıdır və o, hərbi təlimlərdə istifadə edilmək üçün aparılır.

İnsident hava limanının terminalının işinə təsir etməyib, hava limanı normal rejimdə fəaliyyət göstərir. Təxliyə edilən insanlar iş yerlərinə qayıdıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti