Bakı. Trend:
Sakit okeanda yerləşən kiçik Henderson adası dünyanın ən çirklənmiş bölgəsi hesab olunub.
Trend-in məlumatına görə, bu, Tasmaniya Universiteti və Böyük Britaniyanın Quşların mühafizəsi Cəmiyyətinin birgə hesabatında açıqlanıb.
Hesabatda qeyd olunur ki, adaya düşən obyektlərin sayı 37,7 milyon ədəd təşkil edir. Adadakı zibilin həcmi 17,6 tona bərabərdir.
Məlumata görə, bu zibilin böyük hissəsini plastik qab və tullantılar təşkil edir.