Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronla ilk telefon danışığı keçirib.
Trend-in məlumatına görə, danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Prezidentlər siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə münasibətlərin inkişafı üçün fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.
V.Putin və E.Makron ilk fürsətdə görüşün mümkünlüyünü də müzakirə ediblər.
.