Bakı. Trend:
Filippinin şimalında Luson adasının mərkəzində 5,4 bal gücündə zəlzələ baş verib.
Trend-in "Xinhua"ya istinadən verdiyi məlumata görə, yeraltı təkanın episentri Manila şəhərindən 86 kilometr aralıda, ocağı isə 78 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.