...

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 26 May 2017 04:17 (UTC +04:00)
Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb
Braziliyada 91 məhbus həbsxanadan qaçıb

Bakı. Trend:

Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar.

Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.

Qeyd edək ki, bu ilin yanvar ayında eyni həbsxanadan 14 məhbus qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti