...

Rusiyada təyyarə sərt eniş etdi - 1 hərbçi ölüb, 5 yaralı

Dünya xəbərləri Materials 30 May 2017 10:22 (UTC +04:00)
Krasnodar Ali Aviasiya Məktəbi Aviabazasının An-26 təyyarəsi Saratov vilayətində sərt eniş edib.
Rusiyada təyyarə sərt eniş etdi - 1 hərbçi ölüb, 5 yaralı

Bakı. Trend:

Krasnodar Ali Aviasiya Məktəbi Aviabazasının An-26 təyyarəsi Saratov vilayətində sərt eniş edib. Trend-in məlumatına görə, insident nəticəsində 1 hərbçi ölüb, 5 hərbçi xəstəxanaya yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi İnformasiya və kommunikasiya departamentinin verdiyi məlumata görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib. Təyyarə sərt enişdən sonra yanmağa başlayıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti