...

Türkiyə polisi kütləvi reydlərə başlayıb

Dünya xəbərləri Materials 3 İyun 2017 09:51 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə polisi ölkənin bütün vilayətlərində kütləvi reydlərə başlayıb. Trend-in məlumatına görə, bu reydlər ölkədə qeyri-qanuni qumar oyunlarına qarşı keçirilir.

Reydlərdə 10 mindən artıq polis əməkdaşı iştirak edir.

Reydlər zamanı 6000 restoran və kafedə axtarışlar aparılıb.

Əməliyyatların başqa detalları, saxlanılanlar barədə əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti