...

G-20 sammitinə hücum planlaşdıran şəxs saxlanılıb

Dünya xəbərləri Materials 4 İyul 2017 13:03 (UTC +04:00)
Almaniya polisi Rostok şəhərinin 30 yaşlı sakinini saxlayıb
G-20 sammitinə hücum planlaşdıran şəxs saxlanılıb

Bakı. Trend:

Almaniya polisi Rostok şəhərinin 30 yaşlı sakinini saxlayıb.

Trend-in məlumatına görə, o, Hamburqda keçiriləcək G20 sammiti zamanı silahlı hücumlar planlaşdırmaqda şübhəli bilinib.

Polisin Rostok şəhərində, eləcə də digər ətraf qəsəbələrdə apardığı axtarışlar nəticəsində çoxlu sayda odlu silah, partlayıcı maddələr, kimyəvi vasitələr və soyuq silahlar aşkar edilib.

Qeyd edək ki, G-20 sammiti Hamburqda iyulun 7-8-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti