...

Türkiyədə polislər terrorçu-kamikadzeni saxlayıb

Dünya xəbərləri Materials 13 İyul 2017 03:27 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Qaziantep şəhərində polislər tərəfindən 3 terrorçu saxlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, polislər Suriya nömrə nişanlı avtomobili saxlayıblar. Avtomobildə olan şəxslər qaçmağa cəhd göstərsələrdə daha sonra saxlanılıblar.

Məlumata əsasən, saxlanılanlardan biri terrorçu-kamikadze olub. Saxlanılanların üzərində 2 əl qumbarası və 3 "Glock" tapancası aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti