Bakı. Trend:
2017-ci ilin əvvəlindən Ekvadorda 56,38 ton narkotik maddə müsadirə edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Sesar Navas deyib.
Məlumata əsasən, narkotik maddələr 5381 əməliyyat zamanı müsadirə edilib. Əməliyyatlar zamanı 6152 nəfər saxlanılıb.