...

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

Dünya xəbərləri Materials 22 İyul 2017 21:42 (UTC +04:00)
Bu gün Misirdə Aralıq dənizi sahilində İsgəndəriyyənin qərbində yerləşən Al-Hamam şəhərində “Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib
Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

Bakı. Trend:

Bu gün Misirdə Aralıq dənizi sahilində İsgəndəriyyənin qərbində yerləşən Al-Hamam şəhərində “Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ərəb və digər ölkələrin rəsmi şəxsləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Misirin ilk prezidentinin şərəfinə adlandırılan “Məhəmməd Nacib” hərbi bazası Yaxın Şərqdə və Afrikada ən böyük hərbi bazadır.

Xəbər lenti

Xəbər lenti