Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. Trend-in məlumatına görə, bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında qeyd olunur.
Baş Qərargahın verdiyi məlumata görə, Türkiyə təyyarələri 2 PKK məntəqəsini dağıdıb, eləcə də hücum nəticəsində 3 terrorçu məhv edilib.
Son məlumata görə, hazırda əməliyyat davam edir.