İlk xəbər saat 15:49-da yayımlanıb.
Bakı. Trend:
Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb. Üç cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, komitənin verdiyi məlumatda iki müşayiətçinin çoxsaylı xəsarətlər aldığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda müşayiətçilərdən biri polisə ifadə verir.
X X X
Saat 16:17-də yenilənib
Moskva vilayətində məhkəmə zamanı baş vermiş atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu sayı RİA-Novosti-yə vəkillərdən biri deyib.
Qeyd edək ki, daha əvvəl iki məhkəmə əməkdaşının yaralandığı barədə məlumat verilmişdi.
Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçıdən silahı alaraq atəş açmağa başlayıb.
X X X
Moskva vilayət məhkəməsində atışma baş verib. Trend-in məlumatına görə, atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində yaralılar var.
Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib.
Hadisə ilə əlaqədar məhkəmə binası təxliyə edilib.