...

İspaniyada kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü öldürülüb

Dünya xəbərləri Materials 18 Avqust 2017 21:17 (UTC +04:00)
İspaniyanın Barselona şəhərində kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü polislər tərəfindən öldürülüb
İspaniyada kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü öldürülüb

Bakı. Trend:

İspaniyanın Barselona şəhərində kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü polislər tərəfindən öldürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, mikroavtobusun sürücüsü Mərakeşli Mussa Ukabir olub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti