...

Alkanarda partlayış baş verən evdə daha bir cəsəd tapılıb

Dünya xəbərləri Materials 19 Avqust 2017 00:08 (UTC +04:00)
Kataloniya polisləri Alkanar yaşayış sahəsində partlayış baş verən evin dağıntıları altında daha bir cəsəd tapıblar
Alkanarda partlayış baş verən evdə daha bir cəsəd tapılıb

Bakı. Trend:

Kataloniya polisləri Alkanar yaşayış sahəsində partlayış baş verən evin dağıntıları altında daha bir cəsəd tapıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bundan əvvəl evdə baş verən 2 partlayış nəticəsində 1 nəfərin həlak olduğu, 7 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd edək ki, partlayış ötən gün axşam saatlarında baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb. Cümə axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər hadisə yerində axtarış işləri apararkən daha bir partlayış baş verib və nəticədə 6 nəfər yaralanıb.

Bundan əlavə eyni saatlarda Barselonada və Kambrilsdədə terror aktları baş verib. İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsdə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti