Bakı. Trend:
ABŞ-ın Texas ştatında "Harvi" qasırğası 300 minə yaxın insanı elektrik enerjisiz qoyub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qasırğanın ilkin mərhələsində 211 min qəza halı qeydə alınıb. Qısa müddət ərzində bu göstərici 293 minə çatıb.
Qeyd edk ki, Texas sahillərində ötən gecə "Harvi" qasırğası 5 ballıq şkala üzrə 4-üncü səviyyəyə çatıb. Hazırda qasırğa 1-ci səviyyəyə qədər enib.