...

Meksikada növbəti zəlzələ baş verib

Dünya xəbərləri Materials 10 Sentyabr 2017 10:14 (UTC +04:00)
Meksika sahillərində Teuantepek körfəzində növbəti güclü zəlzələ baş verib
Meksikada növbəti zəlzələ baş verib

Bakı. Trend:

Meksika sahillərində Teuantepek körfəzində növbəti güclü zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Zəlzələnin maqnitudası 5,7 bal gücündə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:07-də qeydə alınıb. Episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə yerləşirib.

Zəlzələnin ocağı 53 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti