...

Ərdoğan: Türkiyə təhlükəsizliyini təmin etmək üçün bundan sonra da əlindən gələni edəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 00:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və İsrail Türkiyə pilotsuz təyyarə verməmək üçün özləri vəziyyəti ağırlaşdırdılar. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada bələdiyyə başçıları ilə görüşdə deyib.

Onun sözlərinə görə, ABŞ və İsrail Türkiyəyə pilotsuz təyyarə verməkdən imtina etdikdən sonra Türkiyə özü onların istehsalına başladı və bu Vaşinqtonu və Tel-Əvivi narahat edir.

Prezidenti bildirib ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün bundan sonra da əlindən gələni edəcək: "Türkiyə mühüm addımlar atır. Bəzilərini Türkiyənin Rusiya ilə S-400 sistemlərinə aid müqaviləsi narahat edirdi. Bəs biz nə etməli idik? Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb və görməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti