...

Narkomanlar üçün reabilitasiya mərkəzinə hücum: 14 ölü

Dünya xəbərləri Materials 27 Sentyabr 2017 11:01 (UTC +04:00)
Meksikanın Çiuaua şəhərində narkotik aludəçiləri üçün reabilitasiya mərkəzinə silahlı hücum olub.
Narkomanlar üçün reabilitasiya mərkəzinə hücum: 14 ölü

Bakı. Trend:

Meksikanın Çiuaua şəhərində narkotik aludəçiləri üçün reabilitasiya mərkəzinə silahlı hücum olub.

Trend-in məlumatına görə, avtomatla silahlanmış qrup binaya daxil olaraq içəridəki şəxslərə atış açıb.

Hadisə nəticəsində 14 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Hücum zamanı mərkəzdə 25 nəfərin olduğu bildirilir.

İnsidentlə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti