Bakı. Trend:
Türkiyəyə məxsus 8 tank, 50 zirehli texnika və 200-ə yaxın hərbçi Suriya ilə sərhədi keçərək İdlibə daxil olub.
Trend-in məlumatına görə, bundan öncə Türkiyənin sərhədə hərbi qüvvələr toplaması barədə KİV-lər xəbər yaymışdı.
Türkiyənin baş naziri Binəli Yıldırım isə bununla əlaqədar bildirib ki, Ankara Astanadakı əldə olunmuş razılaşma çərçivəsində hərəkət edir və əməliyyatları Moskva ilə koordinasiya edir.