...

"AvtoVAZ" 20 minə yaxın avtomobili geri çağırdı

Dünya xəbərləri Materials 19 Oktyabr 2017 22:39 (UTC +04:00)

Bakı. Trend:

"AvtoVAZ" şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin akkumlyatora mümkün sürtünməsi ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin fevralından satılmış "Lada Xray" modellərinə şamil olunur.

Bu avtomobillərdə akkumulyator kənarlarına qoruyucu lentlər ödənişsiz yapışdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti