...

İraq ordusu Kərkükə nəzarəti tamamilə bərpa edib

Dünya xəbərləri Materials 16 Oktyabr 2017 20:20 (UTC +04:00)
İraq ordusu peşmərgə tərəfindən heç bir müqavimət görmədən Kərkükü tam nəzarət altına alıb.
İraq ordusu Kərkükə nəzarəti tamamilə bərpa edib

Bakı. Trend:

İraq ordusu peşmərgə tərəfindən heç bir müqavimət görmədən Kərkükü tam nəzarət altına alıb.

Trend-in məlumatına görə, peşmərgə qüvvələrinin şəhəri döyüşsüz tərk etdiyi bildirilir.

Şəhərin inzibati binalarının üzərində İraq bayraqları asılıb. Kərkükün qubernatoru Nəcməddin Kərim də daxil olmaqla, kürd muxtariyyətinə loyal məmurların şəhərdən qaçdığı xəbər verilir.

Qeyd edək ki, Kərkükdə təhlükəsizliyi bərpa etmək məqsədilə əməliyyat gecə saatlarında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti