...

Rusiya və Hindistan "İndra-2017" hərbi təlimlərinə başladı

Dünya xəbərləri Materials 19 Oktyabr 2017 10:47 (UTC +04:00)
Bu gün "İndra-2017" Rusiya-Hindistan birgə hərbi təlimləri start götürüb.
Rusiya və Hindistan "İndra-2017" hərbi təlimlərinə başladı

Bakı. Trend:

Bu gün "İndra-2017" Rusiya-Hindistan birgə hərbi təlimləri start götürüb. Trend-in məlumatına görə, təlimlər Rusiyanın Primorski vilayətində başalyıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, hərbi təlimlərdə Rusiya Sakit Okean Donanması və Hindistan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri, böyük sayda şəxsi heyət iştirak edir.

Məlumata görə, eləcə də təlimlərə Rusiya və Hindistan quru qoşunlarının və aviasiya texnikası cəlb edilib.

"İndra-2017" təlimlərinin oktyabrın 29-a qədər davam edəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti