...

Malidə BMT-nin avtomobili partladılıb: 3 ölü, 2 yaralı

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 00:23 (UTC +04:00)
Malidə BMT-nin avtomobili partladılıb
Malidə BMT-nin avtomobili partladılıb: 3 ölü, 2 yaralı

Bakı. Trend:

Malidə BMT-nin avtomobili partladılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 sülhməramlı həlak olub, 2-si isə yaralanıb.

Məlumata əsasən, partlayış Tesalit və Agelhok yaşayış sahələri arasında yerləşən avtomobil yolunda baş verib. Yaralanan sülhməramlılar Kidal şəhərində xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ötən həftə Mali Nazirlər Şurası başda ölkə prezidenti İbrahim Bubakar Keyta olmaqla ölkədə fövqəladə vəziyyət rejimini daha 1 il müddətinə uzadıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti