...

Türkiyədə qum fırtınası 20 avtomobilin toqquşmasına səbəb oldu (FOTO)

Dünya xəbərləri Materials 28 Oktyabr 2017 21:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə Aksaray - Konya avtomobil yolunun 8-ci kilometrində zəncirvari qəza baş verib.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, qum fırtınası səbəbindən 20 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 22 nəfər isə yaralanıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib. Yolda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti